Natiq Bəkmirzəyev: “Bu layihə kənddə nəqliyyatın hərəkətində mövcud çətinlikləri aradan qaldırılıb”
“Quba rayonu, Küpçal-Dağlı bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə Üçgün kəndinə gedən yol üzrə təmir-bərpa işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmizəyev deyib.
Sədr qeyd
edib ki, layihə çərçivəsində yolun uzun müddətdir zədələnmiş hissələrinin
düzəldilməsi, torpaq örtüyünün möhkəmləndirilməsi və suyun axınını tənzimləmək
məqsədi ilə lazım olan nöqtələrdə suötürücü boruların quraşdırılması təmin
edilmişdir.
Aparılan
işlər zamanı bələdiyyə əməkdaşları ilə yanaşı, yerli sakinlərin də aktiv
dəstəyi və könüllülər iştirakı olmuşdur. Sakinlərin göstərdiyi yardımlar təmir
prosesinin daha sürətli və daha səmərəli icrasına şərait yaratmışdır.
Görülən tədbirlər nəticəsində yolun keçid imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, nəqliyyatın hərəkətində mövcud çətinliklər aradan qaldırılmışdır. Bu isə həm kənd əhalisinin gündəlik gediş-gəlişini asanlaşdırmış, həm də təsərrüfat fəaliyyətlərinin daha rahat həyata keçirilməsinə imkan yaratmışdır.
Belediyye.info
Rəylər
0 Rəy