Ceyhun Zahidov: “Vergi intizamının möhkəmləndirilməsi növbəti dövrlərdə davamlı artım üçün əsas yaradır”
“Cari ildə Lerik bələdiyyəsinin
yerli vergilərin yığılımasında ciddi irəliləyişə nail olunub”- bu fikirləri
adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib. Sədr qeyd edib ki, ötən ilin
müvafiq dövrü ilə müqayisədə cari ilin on bir ayı ərzində yerli vergilərin
yığılmasında 2.5 dəfə artım müşahidə
olunub.
Birdən-birə bu səviyyədə
artımın olmasına aydınlıq gətirən sədr Belediyye.infoya açıqlamasında bildirib
ki, bunun üçün ilk növbədə, bələdiyyə
üzrə vergi bazasının dəqiqləşdirilməsi və genişləndirilməsi istiqamətində
aparılan işlər mühüm rol oynamışdır. Əvvəlki illərdə uçotdan kənarda qalmış əmlak
və torpaq sahələrinin müəyyən edilməsi, mövcud məlumatların faktiki vəziyyətə
uyğunlaşdırılması və reyestr məlumatlarının yenilənməsi nəticəsində vergi
tutulan obyektlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım təsadüfi
xarakter daşımır.
Sədr daha sonra
bildirib ki, BAMS-ın bizə təqdim etdiyi xidmətlərdən maksimum dərəcədə istifadə
etməyə çalışmışıq. Bununla yanaşı, vergi ödəyiciləri ilə fərdi və kütləvi
izahat-maarifləndirmə işlərinin aparılması, rəsmi bildirişlərin verilməsi,
yazılı və şifahi xəbərdarlıqların göndərilməsi, ödəniş intizamının yüksəlməsinə
səbəb olmuşdur.
Bələdiyyə olaraq
xüsusilə, əvvəlki illər üzrə yığılıb qalmış borcların mərhələli şəkildə ödənilməsinə
çalışılmışdır.
Artımın mənbələrinə
gəldikdə bildiririk ki, ümumi artımın əsas hissəsi əmlak vergisi üzrə
daxilolmalar hesabına formalaşmışdır. Bu, əsasən yaşayış və qeyri-yaşayış
obyektləri üzrə məlumatların dəqiqləşdirilməsi, sahə və texniki göstəricilərin
korrektə edilməsi, eləcə də əvvəllər vergiyə cəlb olunmayan obyektlərin uçota
alınması ilə bağlıdır. Torpaq vergisi üzrə də artım müşahidə olunmuşdur, lakin
struktur baxımından bu artım əmlak vergisi ilə müqayisədə daha məhdud olmuşdur.
Ümumilikdə qeyd
etmək olar ki, əldə olunan nəticələr vergi intizamının möhkəmləndirilməsi və yerli
maliyyə imkanlarının genişləndirilməsi baxımından müsbət dinamikanın
formalaşdığını göstərir və növbəti dövrlərdə davamlı artım üçün əsas yaradır.
Belediyye.info
Rəylər
1 Rəy
Rəşad Hüseynov
17-12-2025, 2 ay əvvəl
Ceyhun məllimə işlərində uğurlar arzuluyuruq. İşində yuksək intilekt və bacarıqa malik bir idarə edicidir
Cavabla