Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-12-2025 , 20:15

971

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Bələdiyyəmizin bu təşəbbüsü, həm də cəmiyyətimizin həmrəyliyini və sosial məsuliyyətini artırır”


“Saatlı bələdiyyəsinin üzvləri,bələdiyyə qulluqçuları və əməkdaşların iştirakı ilə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rayon ərazisi , Qazanbatan və Mollavaizli kəndlərində yaşayan 18 aztəminatlı ailəyə  ərzaq yardımı edilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.

Sədrin sözlərinə görə, Yeni il bayramı hamımız üçün sevinc və ümid gətirir.  Bələdiyyəmiz bu səbəbdən aztəminatlı ailələrə ərzaq yardımı təşkil edir.

Bu yardım, ailələrin bayram süfrələrini zənginləşdirməyə, uşaqların sevincini artırmağa və ailələrə ümid verməyə xidmət edir. Bələdiyyəmizin bu təşəbbüsü, həm də cəmiyyətimizin həmrəyliyini və sosial məsuliyyətini artırır. Hər birimiz bu yardımların vacibliyini dərk etməli və ehtiyacı olanlara hörmət və dəstək göstərməliyik.

Yeni iliniz mübarək!

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz