Fidan Fərzəliyeva: “Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman müqəddəsdir”
“44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şabran rayonunun igid oğlu, şəhid Şükür İlyasovun doğum günü və eyni zamanda şəhid anası Zeynəb İlyasovanın da 60 illik yubiley günüdür. Onların müqəddəs xatirəsi bizim üçün həmişə uca, əbədi və dəyərlidir”- bu fikirləri Şabran bələdiyyəsinin sədriFidan Fərzəliyeva deyib.
Sədr
qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir,
onların sosial təminatının gücləndirilməsi, hörmət və ehtiramın ən yüksək səviyyədə
ifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu
qayğının davamı olaraq Şabran rayonunda da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi,
onların ailələrinin daim diqqətdə saxlanılması istiqamətində ardıcıl işlər
görülür.
Bu əlamətdar gün münasibətilə Şabran Bələdiyyəsi olaraq
keçirilən müxtəlif məzmunlu
tədbirdə iştirak edərək şəhidimizin ailəsi
ilə bir araya gəldik.
Xanım
Zeynəb İlyasova üçün xüsusi olaraq təşkil olunmuş yubiley mərasimində iştirak
edərək ona ehtiramımızı bildirdik.
Sədr bildirib
ki, şəhidimizin müqəddəs ruhunu dərin ehtiramla yad edir, onun timsalında Vətənimizin
azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirik.
Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman müqəddəsdir və daim qəlbimizdə yaşayacaq.
Rəylər
0 Rəy