Qaraçuxur bələdiyyəsi növbəti dəfə turnirin qalibi olub
11-17 noyabr 2025-ci il tarixlərində Bakıxanov qəsəbəsindəki mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə gənclərdən ibarət bələdiyyə komandaları arasında “17 noyabr-Milli Dirçəliş günü”nə həsr olunmuş mını-futbol üzrə Bakı şəhər turniri keçirildi. Turnirdə 7 komanda, 84 nəfər iştirak etdi.
I yerə Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi, II yerə
Sabunçu rayonunun Sabunçu bələdiyyəsi, III yerə Qaradağ rayonunun Qızıldaş bələdiyyəsi
layiq görüldü.
Qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olundular.
Rəylər
0 Rəy