Nəsib İsmayılov: “Şəhidlər Xiyabanında cari təmir işlərinin aparılması bu diqqətin nəticəsi kimi hesab edilməlidir”
“Bülbülə bələdiyyəsi olaraq qəsəbəmizdə əhalinin həssas təbəqəsinin, xüsusəndə şəhid və qazi ailələrinin sosial durumu, həmçinin onlara maddi və mənəvi dəstəyin göstərilməsini, habelə onların qaldırdığı məsələlərin həllini daim diqqətdə saxlamağı özümüzə borc bilirik”- bu fikirləri Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov deyib.
Sədrin
sözlərinə görə, məhz Şəhidlər Xiyabanında
cari təmir işlərinin aparılması da bu diqqətin nəticəsi kimi hesab edilməlidir.
Bu günlərdə həm ərazi də təmizlik işləri
aparılmış, hasarında cari təmir işləri aparılmış, ərazi həmçinin bərk məişət
tullantılarından təmizlənmiş və ağaclara da aqrotexniki qulluq göstərilmişdir.
Sədr
qeyd edib ki, Bülbülə bələdiyyəsi olaraq ərazidə vətəndaş məmnunluğunun təmin
edilməsinə bundan sonra da davam ediləcəkdir.
Belediyye.info
Rəylər
1 Rəy
Vurğun
16-12-2025, 2 ay əvvəl
Nəsib müəllilm həmişə dövlətə, bayrağa sadiq olub,həmişə də işinə ciddi və məsuliyyətlə yanaşıb!
Cavabla