Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-12-2025 , 20:50

1324

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Suraxanı RİH-in təşəbbüsü ilə şəhid ailələrinin üzvləri ilə daim görüşlər keçiririk”

 “Şəhid və qazi ailələri ilə daim olaraq görüşlərin təşkili, onların sosial məişət qayğıları ilə maraqlanmaq, həmçinin qaldırdığı məsələlərin həlli hər bir bələdiyyənin bir nömrəli vəzifəsi olmalıdır”-bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.

Sədr qeyd edib ki, bələdiyyə olaraq daim Suraxanı RİH -in  təşəbbüsü ilə mütəmadi olaraq həsas qrupa aid ailələrin üzvləri görüşlər keçirilir.

Bu günlərdə  şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası xanım Lalə Rəhimova və  ikinci Qarabağ müharibəsinin şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı ilə bələdiyyənin inzibati binasında görüş keçirilmişdir. 

Görüşdə şəhidlərə və qazilərə ehtiramını bildirən İxdiyar Nəcəfov bu kateqoriyadan olan ailələrin dövlətimizin xüsusi qayğısı ilə əhatə olunduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Qaraçuxur bələdiyyəsi də bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının davamlı olaraq yüksəldilməsi məqsədilə zəruri işlər görülməkdədir.

Görüşdə bildirilib ki, xalqımız onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, nəsillərə örnək vətənpərvərliklərini və fədakarlıqlarını daim xatırlayacaq, xatirələrini ehtiramla yad edəcək. Bu məqsədlə bələdiyyədə işlər davam etdirilir.

İxdiyar Nəcəfov ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı, uzun ömür arzulayıb.

Görüşdə iştirak edən şəhid ailələri üzvləri şəhid adına verilən yüksək dəyərə, həyata keçirilən sosial dəstək tədbirlərinə və yüksək qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər