İxdiyar Nəcəfov: “Suraxanı RİH-in təşəbbüsü ilə şəhid ailələrinin üzvləri ilə daim görüşlər keçiririk”
Sədr qeyd edib ki, bələdiyyə olaraq daim Suraxanı RİH
-in təşəbbüsü ilə mütəmadi olaraq həsas
qrupa aid ailələrin üzvləri görüşlər keçirilir.
Bu günlərdə şəhid
Milli Qəhrəman Cavanşir Rəhimovun anası xanım Lalə Rəhimova və ikinci Qarabağ
müharibəsinin şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı ilə bələdiyyənin inzibati
binasında görüş keçirilmişdir.
Görüşdə şəhidlərə və qazilərə ehtiramını bildirən İxdiyar Nəcəfov
bu kateqoriyadan olan ailələrin dövlətimizin xüsusi qayğısı ilə əhatə
olunduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə
şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial təminatı və
rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Qaraçuxur bələdiyyəsi
də bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Şəhid ailələri və müharibə
iştirakçılarının sosial təminatının davamlı olaraq yüksəldilməsi məqsədilə zəruri
işlər görülməkdədir.
Görüşdə bildirilib ki, xalqımız onların qəhrəmanlıqlarını
heç vaxt unutmayacaq, nəsillərə örnək vətənpərvərliklərini və fədakarlıqlarını
daim xatırlayacaq, xatirələrini ehtiramla yad edəcək. Bu məqsədlə bələdiyyədə
işlər davam etdirilir.
İxdiyar Nəcəfov ərazi bütövlüyümüzün və suverenliyimizin tam
təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid
ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı, uzun ömür arzulayıb.
Görüşdə iştirak edən şəhid ailələri üzvləri şəhid adına verilən yüksək dəyərə, həyata keçirilən sosial dəstək tədbirlərinə və yüksək qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy