Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 14:43

1296

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev:  “İcma üzvləri Qərbi Azərbaycandan olan ahıl sakinlərin ziyarətində olub”

"Dünya Azərbaycanlılarının Həmrəylik günü ölkəmizdə və beynəlxalq arenada yüksək dövlət səviyyəsində qeyd edilir"- bu barədə Belediyye.infoya məlumatı Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının sədri  Təmraz Tağıyev bildirib.

Təşkilat sədri qeyd edib ki, uzun illər əvvəl yurd-yuvasında qaçqın düşən Qərbi  Azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda  daim ahıl  sakinlər diqqətdə saxlanılır. Hər il 31 dekabrda qeyd olunan dünya azərbaycanlılarının həmrəylik və birlik günü Qərbi Azərbaycan icmasının Nərimanov təşkilatının rəhbərliyi ahıl insanların ziyarətində olur onların qarşıdan gələn bayramları təbrik edilir və bayram payı təqdim edilir.   .

Təmraz Tağıyevin sözlərinə görə, bu dəfə də ənənəyə sadiq qalan təşkilat rəhbərliyi  əslən Qərbi Azərbaycanın Qarakilsə rayonundan olan 103 yaşlı Fatma Əli qızı İsmayılovanı, 99 yaşlı Sənubər Vəli qızı Vəliyevanı və I qrup gözdən əlil Əli Mustafayevi evlərində ziyarət edərək, bayram hədiyyələri təqdim edilmişdir.

 Bununla yanaşı məhəllədə bir qrup sakinlərlə keçirilən  görüş xüsusi maraqla qarşılanmışdır. Hər bir görüşdə Qərbi Azərbaycandan olan sakinlər öz maraqlı xatirələrini bölüşmüş və öz doğma yurd yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini qeyd ediblər .

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər