Təmraz Tağıyev: “İcma üzvləri Qərbi Azərbaycandan olan ahıl sakinlərin ziyarətində olub”
"Dünya Azərbaycanlılarının Həmrəylik günü ölkəmizdə və beynəlxalq arenada yüksək dövlət səviyyəsində qeyd edilir"- bu barədə Belediyye.infoya məlumatı Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.
Təşkilat sədri qeyd edib ki, uzun illər əvvəl
yurd-yuvasında qaçqın düşən Qərbi Azərbaycanlıların
ən çox məskunlaşdığı Nərimanov rayonunda
daim ahıl sakinlər diqqətdə
saxlanılır. Hər il 31 dekabrda qeyd olunan dünya azərbaycanlılarının həmrəylik
və birlik günü Qərbi Azərbaycan icmasının Nərimanov təşkilatının rəhbərliyi
ahıl insanların ziyarətində olur onların qarşıdan gələn bayramları təbrik
edilir və bayram payı təqdim edilir. .
Təmraz Tağıyevin sözlərinə görə, bu dəfə də ənənəyə
sadiq qalan təşkilat rəhbərliyi əslən Qərbi
Azərbaycanın Qarakilsə rayonundan olan 103 yaşlı Fatma Əli qızı İsmayılovanı,
99 yaşlı Sənubər Vəli qızı Vəliyevanı və I qrup gözdən əlil Əli Mustafayevi evlərində
ziyarət edərək, bayram hədiyyələri təqdim edilmişdir.
Bununla yanaşı məhəllədə bir qrup sakinlərlə keçirilən görüş xüsusi maraqla qarşılanmışdır. Hər bir görüşdə Qərbi Azərbaycandan olan sakinlər öz maraqlı xatirələrini bölüşmüş və öz doğma yurd yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini qeyd ediblər .
Belediyye.info
Rəylər
0 Rəy