Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2025 , 21:48

1620

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu görüşlərin bələdiyyələr üçün səmərəli olacağı qənaətindəyəm: MÜNASİBƏT 

Bir neçə gün öncə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin təşkilatçılığı, Bakı bələdiyyələrinin sədrlərinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının məsul əməkdaşlarının iştirakı ilə seminar-müşavirələr keçirilib. Bəri başdan dəvətə görə baş idarənin rəhbərliyinə təşəkkürümü bildirirəm.

Görüşlərlə bağlı diqqətimiçəkən bəzi məqamlara fikir bildirməyi özümə borc bilirəm.

Əvvəlcə, baş idarə rəisinin əsas tövsiyələri barədə:

1) Atılan hər bir addım qanunvericilik çərçivəsində olmalıdır;

2) Şəffaflıq və hesabatlılıq təmin edilməlidir;

3) Hər bir halda üzləşdiyiniz problemlərlə bağlı  baş idarəyə müraciət edilməli, hətta ehtiyac olarsa əməkdaşlarımızin yerlərdəki fəaliyyətinizə dəstək verməyə hazır olduğunu bildirməsi;

Diqqətimi çəkən digər məqamlar -

1) Bütün görüşlərin səmimiyyət üzərində qurulması;

2) Baş idarə tərəfindən atılan hər bir addımda şəffaflıq prinsipinin təmin edilməsi;

3) Bələdiyyə-baş idarə münasibətlərində şəffaflıq prinsipinin qorunacağının bəri başdan  konkret şəkildə ifadə edilməsi; (deməliyəm ki, artıq bu prinsipə əməl olunduğu   bir neçə aydır bələdiyyələrin fəaliyyətində hiss olunur)

4)  Fəaliyyətin təbliğinə ciddi şəkildə diqqətin yetirilməsi;

5) Sədrlərin və kollektivin bütün fəaliyyətinin bələdiyyənin əvvəlki illərdən üzərində olan neqativin aradan qaldırılmasına yönəldilməsi;

6) Bələdiyyə sədrləri tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılması;

7) Bələdiyyə müəssisələrinin yaradılmasına diqqətin ayrılması...

Beləliklə, hər üç görusdə özümün səsləndirdiyim əsas fikirləri əvvəlki yazımda qeyd etmişəm. Ancaq baş idarədə bu gün hökm sürən sağlam mühit, mənə belə qənaətə gəlməyə imkan verir deyim ki, paytaxt bələdiyyələrinin sədrləri baş idarə rəisinin proqram xarakterli çıxışından lazımi səviyyədə yararlanacaqlar. Yararlananlarin isə  rəhbəri olduğu bələdiyyə cəmiyyətdə nüfuzu birmənalı olaraq arta bilər...

Hər halda mən bu görüşlərin bələdiyyələr üçün səmərəli olacağı qənaətindəyəm.

Düşünmək olar ki, münasibətlərin bu çərçivədə qurulması belə  şəkildə davam edərsə bələdiyyələrin üzləşdikləri problemlərin həlli də sürətlənmiş olacağına İNANIRAM 

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
862

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
725

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
679

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
742

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
561

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
762

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
951

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
635

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1039