Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2025 , 09:55

1454

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Azərbaycan Dillər Universiteti  yüksək təşkilatçılığı ilə seçilən  tədbiri keçirməklə ortaya  bir nümunə qoya bildi”

“Dünən Azərbaycan Dillər Universitetində  “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar”  mövzusunda təşkil edilən geniş məzmunlu  mötəbər tədbirə bizdə  dəvətli idik” -  bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev deyib.  

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, akademik Kamal Abdulla tədbirdə bildirdi ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törədilib və bu cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus digər azsaylı xalqlardan da yan keçməyib. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında azərbaycanlıların soyqırımlarına ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirdi. İcma sədri xatırlatdı ki, məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.  Sədr vurğuladı ki, əslində bütün Cənubi Qafqazda, eləcə də  Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İcma sədri tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı ilə də məlumat verib.

Sonra ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü,  professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycanın Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov, ADU-nin təhsildə xarici dillər kafedrasının müdiri, QAİ Qadınlar Şurasının üzvü, dosent Həqiqət Hacıyeva, Almaniyada yaşayan yazar Dr.Orhan Aras və başqaları mövzu ilə bağlı çıxış etdilər.

Rayon təşkilatının sədri olaraq belə bir tədbirdə iştirakdan məmnun qaldığını bildirən Təmraz Tağıyev qeyd edib ki, bu gün böyüməkdə olan gənc nəslə lazım olan dəyərli fikirlərin  dəyərli ziyalılar tərəfindən səsləndirilməsi tədbirin əhəmiyyətini  və çəkisini bir qədərdə artırmış oldu.

Belə geniş məzmunlu görüşlərin təşkili bütün hallarda ölkə prezidentinin söylədyi  “Qərbi Azərbaycanlıların gec-tez öz doğma yurdlarına qayıdacaqlar” fikrinin tezliklə reallaşacağından xəbər verir. Bu tədbirin keçirilməsində də əsas məqsəd Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına geri qayıdışına nail olunması istiqamətində elmi, tarixi, həqiqi faktlara söykənən mübarizəyə dəstək olmaqdır.

Təmraz Tağıyev yekun olaraq bildirib ki, Azərbaycan Dillər Universiteti  yüksək təşkilatçılığı ilə seçilən bu  tədbiri keçirməklə ortaya  bir nümunə qoya bildi.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
862

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
723

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
679

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
740

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
561

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
762

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
951

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
635

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1039