Sədr: ”Bələdiyyə iclasında hər bir sakinin müraciəti diqqətdən kənarda saxlanılımır”
“Bələdiyyəmiz daim seçicilərinə verdiyi sözü tutmağa çalışır və fəaliyyətini də bu istiqamətdə qurur”- bu fikirləri Qəbələ rayonu Nöhurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin maliyyə dəstəyi ilə kəndin ərazisində olan və
uşaqlar üçün nəzərdə tutulan futbol və voleybol meydancası təmir edilərək yenidən
uşaqların istifadəsinə verilib.
Sədr
bildirib ki, maliyyə imkanları çərçivəsində kəndin ərazisində Qəbələ RİH tərəfindən
həyata keçirilən layihələrə Nohurqışlaq bələdiyyəsi bundan sonra da öz
töhfəsini verəcəkdir.
Sədr sonda qeyd edib ki, bələdiyyə iclasında hər bir sakinin müraciəti diqqətdən kənarda saxlanılımır. Çalışırıq ki, bələdiyyədən asılı olan bütün məsələlər tez bir zaman kəsiyində öz həllini tapsın.
Belediyye.info