İsmayıl Rəsulov: “Vətəndaş qəbulunda qaldırılan məsələlərin həlli ilə bağlı addımlar atılır”
“Tərtib edilmiş qrafikə uyğun olaraq Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.
Sədr
bildirib ki, 01 sentyabr 2025-ci il tarixdə keçirilən növbəti vətəndaş qəbulunda
qaldırılan məsələlərin həlli ilə bağlı addımlar atılmışdır. Qəbuldə bələdiyyənin
məsul vəzfiəli şəxsləri də iştirak edərək qaldırıaln məsələlərə öz münasibətlərini
bildirmişlər.
Sədr bildirmişdir ki, hər bir müraciətə diqqətlə yanaşılmış, qeydə alınmış, qanunvericiliyin tələblərinə və bələdiyyənin səlahiyyətlərinə uyğun olaraq operativ şəkildə öz həllini tapmışdır.
Sədr
vətəndaşların müraciətlərinə obyektiv və şəffaf yanaşma nümayiş etdirilməsini,
məsul şəxslərin icra prosesinə ciddi nəzarət etməsini xüsusilə tapşırmışdır.
Qəbulda
15 nəfərdən artıq vətəndaş iştirak etmiş və müxtəlif məzmunlu məsələlərlə bağlı
müraciətlər edilmişdir.
Qeyd edək ki, bələdiyyədə vətəndaş qəbulu hər həftə keçirilir və bələdiyyədən asılı olan məsələlər öz həllini tapır.
İsmayıl Rəsulov vurğulayıb ki, bu gün bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy