Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2025 , 19:42

844

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Nicat Səmədzadə: “Bu tədbirləri keçirməklə Azərbaycan dövlət suverenliyini tam bərpa etmiş oldu”

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli qərarları və xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması sadəcə hərbi qələbə deyildi, həm də milli ruhun, ədalətin, tarixi haqqımızın bərpası idi”- bu fikirləri Belediyye.infoya Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə deyib.

Sədr bildirib ki, dünya hərb tarixinə nadir əməliyyat kimi düşən 2023-cü ilin antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyini tam bərpa etmiş oldu.

Sədr həmçinin Qarabağ və Şərqi Zəngəzurun dövlətimizin apardığı bərpa və quruculuq işləri nəticəsində qısa zamanda cənnətə çevrildiyini, qədim yurd yerlərinə sürətli köçün başlandığını deyən sədr  bu dinamik inkişafı Azərbaycan xalqının yenilməz ruhunun, sarsılmaz iradəsinin, dövlət-xalq birliyinin təntənəsi adlandırıb.

Açıqlamasında sədr daha sonra Azərbaycanın qazandığı şanlı Qələbənin əhəmiyyətindən danışaraq şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını önə çəkib, onların sosial müdafiəsi üçün görülən işləri qeyd edib. Tarixi torpaqlarımızda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan sürətli quruculuq işlərini vurğulayan Nicat Səmədzadə burada həyatın qısa müddətdə yenidən canlanmasının dövlətimizin gücünü və xalqımızın iradəsini nümayiş etdirdiyini bildirib.

Şəhid və qazi ailələrinə dövlət qayğısından danışan sədr bu işdə Siyəzən bələdiyyəsinin də öz dəstəyini göstərdiyini,  bu məqamın bələdiyyənin əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Hər bir şəhid və qazi ailəsinin müraciəti bələdiyyə tərəfindən diqqətdə saxlanılır.  Siyəzən bələdiyyəsinin həyata keçirdiyi layihələrin bir çoxunda məhz şəhid qazi ailələrinin təklif və tövsiyələri nəzərə alınır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər