Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2025 , 17:46

2264

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu gün bələdiyyələr yerli idarəetmə orqanı deyil, həm də sosial tərəfdaş, innovasiya mərkəzi və ictimai etimad platforması rolunu oynayır

 

Azərbaycan Respublikasında bələdiyyə institutunun yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri ölkəmizdə yerli demokratiyanın formalaşması üçün mühüm dönüş nöqtəsi oldu. Ulu Öndər bələdiyyələri “xalqın idarəetmədə birbaşa iştirakının əsas formalarından biri” adlandırırdı. Bu gün biz həmin ideyanın davamçıları kimi onun qoyduğu bünövrə üzərində yerli inkişaf və ictimai xidmət modelini qururuq.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezident bələdiyyələrin fəaliyyətinə dəfələrlə diqqət yetirərək, onların imkanlarının artırılması, şəffaf idarəetmə və müasir texnologiyaların tətbiqini xüsusi vurğulayıb. Bu gün “Rəqəmsal Azərbaycan” konsepsiyasının bir hissəsi kimi bələdiyyələrin də elektron xidmətlərə keçidi təmin edilir. Məhz bu istiqamətdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) çox mühüm alətə çevrilib.

Mingəçevir bələdiyyəsi olaraq biz də bu sistemdən aktiv istifadə edirik. BAMS vasitəsilə vətəndaş müraciətləri, torpaq icarəsi, qərarların qeydiyyatı və maliyyə hesabatları artıq elektron formada, şəffaf və səmərəli şəkildə həyata keçirilir. Bu həm işin keyfiyyətini artırır, həm də sakinlərin bizə olan etimadını möhkəmləndirir.

Son illər Mingəçevir bələdiyyəsi bir sıra sosial və ictimai təşəbbüslərlə çıxış edib. Şəhər ərazisində abadlıq və yaşıllaşdırma işləri, küçə və məhəllə təmizliyi aksiyaları, gənclərlə görüşlər, şəhid ailələri və aztəminatlı ailələrə sosial dəstək layihələri həyata keçirilir.

Xüsusilə, 20 Yanvar küçəsində sakinlərin istəkləri nəzərə alınaraq kiçik, amma çox funksional bir “mini park” salınıb. Orada istirahət üçün oturacaqlar, uşaq yelləncəkləri, ağac əkini və işıqlandırma sistemi qurulub. Bu park həm sakinlərin bir araya gəldiyi, həm də uşaqların asudə vaxtlarını keçirdiyi kiçik, amma dəyərli bir məhəllə mərkəzinə çevrilib. Bu kimi təşəbbüslər bələdiyyənin “vətəndaşla birgə qərar – birgə icra” prinsipinin bariz nümunəsidir.

Mədəni istiqamətdə isə “Mingəçevir Kitab Sərgisi” layihəsini xüsusi qeyd etmək istəyirəm. Bu sərgi şəhərimizdə kitabsevərləri, müəllimləri, məktəbliləri və gəncləri bir araya gətirərək oxu mədəniyyətinin təşviqinə böyük töhfə verdi. Sərgi çərçivəsində yerli yazarların təqdimatları, kitab müzakirələri və maarifləndirici görüşlər keçirildi. Biz hesab edirik ki, mədəni və intellektual inkişaf da bələdiyyələrin məsuliyyət dairəsində olmalıdır.

Elə bu layihələrin ardınca biz şəhər sakinlərini bir araya gətirən “Bələdiyyə Kuboku” adlı kütləvi idman tədbirinə start verdik. Bu yarış gənclərin sağlam həyat tərzinə marağını artırmaqla yanaşı, həmrəylik və bələdiyyə-vətəndaş əlaqələrini də gücləndirir. “Bələdiyyə Kuboku” artıq şəhərimizdə ənənəyə çevrilməkdədir və hər il daha çox gəncin iştirakı ilə keçirilir.

Biz Mingəçevir Bələdiyyəsi olaraq dövlətin yerli siyasətinin ön xəttində dayanmaqdan qürur duyuruq. Əsas məqsədimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “güclü dövlət – güclü bələdiyyə – güclü vətəndaş” konsepsiyasına uyğun fəaliyyət göstərməkdir. Bu gün artıq bələdiyyələr təkcə yerli idarəetmə orqanı deyil, həm də sosial tərəfdaş, innovasiya mərkəzi və ictimai etimad platforması rolunu oynayır.

 

Anar İsmayılov

 Mingəçevir bələdiyyəsinin  sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər