Bələdiyyə sədri növbəti dəfə vətəndaş qəbulu keçirib
Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilmişdir. Görüşdə bələdiyyənin sədri İsmayıl Rəsulov və qurumun məsul əməkdaşları iştirak etmişlər. Qəbul zamanı şəhər sakinləri sosial, məişət və infrastruktur xarakterli müraciətlərini birbaşa Sədrə təqdim etmişlər.
Sədr
İsmayıl Rəsulov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, onların
qaldırdığı məsələlərin operativ şəkildə həlli üçün aidiyyəti struktur bölmələrə
müvafiq tapşırıqlar vermişdir. O, vurğulamışdır ki, vətəndaşların məmnunluğunun
təmin olunması, sosial problemlərin aradan qaldırılması və onların rifah
halının yaxşılaşdırılması bələdiyyə fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.
Belə
görüşlərin keçirilməsi yerli özünüidarəetmə orqanı ilə vətəndaşlar arasında
qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, səmərəli əməkdaşlıq mühitinin
formalaşmasına və ictimai etimadın artırılmasına mühüm töhfə verir.
Ağcabədi bələdiyyəsi
Rəylər
0 Rəy