Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2025 , 10:41

928

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Niyaməddin Dəmirov:  “Növçü bələdiyyəsi olaraq fəaliyyətimizi vətəndaş müraciətləri əsasında qururuq”

 

"Nöyçü  bələdiyyəsi olaraq əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bələdiyyənin azsaylı kollektivi daim bu istiqamətdə  çalışır”- bu fikirləri Ağsu rayonu Növçü bələdiyyəsinin sədri Niyaməddin Dəmirov deyib.

Sədrin sözlərinə görə, fəaliyyətimizi əsasən vətəndaş müraciətləri əsasında qururuq. Görüşlərdə qaldırılan məsələlər bələdiyyə iclasında müzakirəyə çıxarılır və icrası barədə qərar qəbul edilir.

Bu günlərdə bələdiyyənin icra etdiyi layihədə məhz belə müraciətlərin nəticəsi olaraq icra edilib.

Belə ki, Növçü və Ərəb Sarvan kəndinin məhəllədaxili yollarına çınqıl tökülərək  yayılımış və sonda bərkitmə işləri aparılmışdır.

Sədr qeyd edib ki, maliyyə imkanları daxilində  bu kimi layihələri bələdiyyə bundan sonra da icra edəcəkdir.

Belediyye.info

P.S. Bələdiyyə sədri sakinlərlə birgə layihənin icrasını izləyir

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər