Uşaq bağçasında Muxax bələdiyyəsinin təşkilatçılığı ilə təbdir keçirilib
"Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olunur. Yeni təqvim ilinin gəlişi ilə əlaqədar, o cümlədən rayondakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də Zaqatala rayonu Muxax kənd körpələr evi - uşaq bağçasında keçirilib"- bu barədə Belediyye.infoya məlumatı Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.
Sədr
qeyd edib ki, tədbirdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar
oxuyub və rəqs ediblər. Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam
mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə
olunmaları üçün Muxax bələdiyyəsi də öz köməyini əsirgəmir.
Keçirilən
tədbirdə çıxış edənlər Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə
sevdiyini, onlara hər zaman böyük qayğı və diqqət göstərdiyini diqqətə çatdırıblar.
Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələrin bu gün
Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq
hissi ilə qeyd ediblər.
Sonda
Muxax bələdiyyəsi tərəfindən alınmış hədiyyələr körpələrə təqdim
edilmişdir.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Belediyye.info
Rəylər
0 Rəy