Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2025 , 00:50

1942

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: ”Bələdiyyənin üzləşdiyi problemlər öz həllini tapmış olsa...”

“Məqsədimiz seçicilərimizə layiqli  xidmət göstərməkdir. Lakin bunun üçün bələdiyyənin büdcə gəlirlərinin artırılmasına nail olmalıyıq ki, edilən müraciətlərin icrasını həm də təmin etmiş olaq”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova bildirib.

Sədrin sözlərinə görə,  cari ilin altı ayı ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi 68.290 manat olub. Bunlardan 22.676 manatı  fiziki şəxslərin torpaq vergisindən,  41.436 manatı isə fiziki şəxslərin əmlak vergisindən daxil olub. Bununla yanaşı vergi olmayan gəlirlərdən daxil olmaların ümumi yekunu 3504 manat, bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar,səyyar-ticarət və digər ödənişin həcmi isə  500 olub.

Əldə edilən vəsaitin 4.000 manata yaxın hissəsi qəsəbədə abadlıq işlərinə, 1.070 manatı maddi yardımlara,  14.042 manatı məcburi dövlət sığorta haqqına ödənilib.

Sədr qeyd edib ki, bu gün BAMS-ın yaratdığı imkandan yaralanmağa çalışırıq.  Əldə olunan maliyyə  vəsaitinin artımında məhz BAMS-ın ƏMDX məlumat sisteminə inteqrasiyası nəticəsində, habelə SMS xidmətinin tətbiq edilməsi sayəsində əldə olunub. Bununla yanaşı bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirməklə, habelə vergi xidməti əməkdaşlarının vergi ödəyiciləri arasında ciddi şəkildə maarifləndirmə işlərinin aparılması sayəsində müəyyən uğurlara imza atmışıq.

Lakin  bu gün bələdiyyənin üzləşdiyi bəzi problemlər öz həllini gözləyir. Nəzərə alsaq ki, bələdiyyə ərazisində  sənədsiz əmlakın kifayət qədər olması, habelə bələdiyyə mülkiyyətinə əmlak və torpağın hələ də verilməməsi nəticə etibarı ilə fəaliyyətimizə ciddi problem yaratmaqdadır.  Bu problemlər öz həllini tapmış olsa bələdiyyənin büdcə gəlirlərində də ciddi artıma nail ola bilərik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər