Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2025 , 19:28

2288

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nəsib İsmayılov: “Bələdiyyənin yeni layihəsini sakinlər razılıqla qarşılayıblar”

“Son vaxtlar qəsəbədə  sahibsiz itlər həddən artıq artmışdı. Qəsəbənin hər yerində küçə itlərini görmək mümkün idi. Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatlıq yaradır”- bu fikirləri Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov deyib.

Sədr qeyd edib ki, sakinlərin müraciəti və Bülbülə bələdiyyəsinin təşəbbüsü ilə bu günlərdə qəsəbədə sahibsiz küçə itlərinin  yığılması ilə bağlı  Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə müraciət edilib.

Bələdiyyənin müraciətini diqqətdə saxlayan mərkəzin əməkdaşları bir gün ərzində qəsəbədə keçirdikləri reyd zamanı 70 qədər sahibsiz iti yığaraq mərkəzin saxlanc yerlərinə aparıblar.

Bələdiyyənin təşkilatçılğı ilə keçirilən bu tədbiri sakinlər razılıqla qarşılayıblar. Sədr qeyd edib ki, bu gün  sahibsiz itlərin Bülbülə qəsəbəsində sakinlərə real təhlükəsi artıq aradan qaldırılıb.

Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində təsis edilib.

Bununla yanaşı sədr bildirib ki, bələdiyyə vətəndaş müraciətlərini diqqətdə saxlayır və həlli ilə bağlı daim  addımlar atır.  Bu gün bələdiyyəyə şifahi və yazılı formada ay ərzində onlarca müraciətlər daxil olur, həmçinin  sakinlər bələdiyyənin inzibati binasında bələdiyyənin rəsmiləri tərəfindən qəbul olunurlar. 

Sədr qeyd edib ki, Bülbülə bələdiyyəsində  bu cür addımların atılması həm də vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər