Kamandar Zeynalov: “Bu sənədlə müstəqil Azərbaycanın, o cümlədən yerli özünüidarəetmənin hüquqi əsasları və ölkənin demokratik inkişafına zəmin yaradılıb”
“Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən yeni Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir”- bu fikri Belediyye.infoya Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyb.
Sədr qeyd edib ki, bu sənədlə müstəqil Azərbaycanın, o cümlədən yerli özünüidarəetmənin hüquqi əsasları və ölkənin demokratik inkişafına zəmin yaradılıb.
Sədr daha sonra qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olacaq, həmçinin Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olduğunu və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipial mövqe tutacağını bir daha nümayiş etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy