Seymur Həsənov: “Cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 20 faizlik artım əldə olunub”
“Bu gün Badamdar bələdiyyəsi əsas diqqəti qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldib. Seçkidən sonra formalaşan yeni tərkibin həyata keçirdiyi layihələr də məhz bu məqsədlə icra olunur. Ancaq nəzərə alaq ki, vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin qaldırdığı məsələlərin vaxtında öz həllini tapması üçün bələdiyyə büdcə gəlirlərini daim artırmağa çalışır”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib.
Sədr
bildirib ki, bələdiyyənin vergi xidmətinin gərgin və sistemli fəaliyyəti və BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin
istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və
digər tətbiq edilən yeniliklər nəticə etibari ilə Badamdar bələdiyyəsinin büdcə gəlirlərinin artımına səbəb olub.
Bələdiyyənin
vergi xidmətinin səyi ilə büdcə gəlirlərində cari ildə 20 fazilik artım əldə
olunub. Ümumilikdə isə artım səviyyəsi 76163 manat olub.
Belə
ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 323.630 manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində
bu rəqəm 399.793 manata bərabər olub.
Badamdar
bələdiyyəsinin hədəfi ilin sonunadək 600
min manatı əldə etməkdir. Məhz bu məqsədə çatmaq üçün vergi xidmət orqanı var qüvvəsi
ilə çalışır, həm bildirişlərin paylanılmasını həyata keçirir, həm də sakinlərlə
görüşlər keçirərək vergi ödənişinin əhəmiyyətini sakinlərə izah verir.
Belediyye.info
Rəylər
0 Rəy