Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2025 , 09:50

1146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 20 faizlik artım əldə olunub”

“Bu gün Badamdar  bələdiyyəsi əsas diqqəti qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldib. Seçkidən sonra formalaşan yeni tərkibin həyata keçirdiyi layihələr də məhz bu məqsədlə icra olunur. Ancaq nəzərə alaq ki, vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin qaldırdığı məsələlərin vaxtında öz həllini tapması üçün bələdiyyə büdcə gəlirlərini daim artırmağa çalışır”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib.

Sədr bildirib ki, bələdiyyənin vergi xidmətinin gərgin və sistemli  fəaliyyəti  və BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq edilən yeniliklər nəticə etibari ilə Badamdar bələdiyyəsinin  büdcə gəlirlərinin artımına səbəb olub.

Bələdiyyənin vergi xidmətinin səyi ilə büdcə gəlirlərində cari ildə 20 fazilik artım əldə olunub. Ümumilikdə isə artım səviyyəsi 76163 manat olub.

Belə ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 323.630  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 399.793 manata bərabər olub.

Badamdar bələdiyyəsinin hədəfi ilin sonunadək  600 min manatı əldə etməkdir. Məhz bu məqsədə çatmaq üçün vergi xidmət orqanı var qüvvəsi ilə çalışır, həm bildirişlərin paylanılmasını həyata keçirir, həm də sakinlərlə görüşlər keçirərək vergi ödənişinin əhəmiyyətini sakinlərə izah verir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər