Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2025 , 10:16

1515

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Büdcə gəlirlərində 31.5 faizlik artımın əldə olunmasını uğurun başlanğıcı hesab etmək olar”


“Bu gün Binəqədi qəsəbə bələdiyyəsi mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və bələdiyyənin həyata keçirmək niyyətində olduğu layihələr barəsində  seçicilərə məlumatlar verir, habelə vergiləri vaxtında ödənilməsinin əhəmiyyətindən danışılır”- bu fikirləri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov bildirib.

Sədr bildirib ki, sakinlərlə, seçicilərimizlə mütəmadi olaraq görüşlərin keçirilməsində digər bir məqsəd əvvəlki illərdə bələdiyyə haqqında yaranmış neqativi aradan qaldırmaqla, sakinlərin bələdiyyəyə etibar və inamını qaytarmaqdır.

Hazırda bələdiyyənin vergi xidməti orqanı yenidən təşkil edilmiş, vergi uçot-sistemi ən müasir standartlara uyğun təşkil edilir. Bu gün məhz  vergi xidmətinin məhsuldar fəaliyyəti  və BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq edilən yeniliklərin  hesabına bələdiyyənin  büdcə gəlirlərinin artım müşahidə olunub.

Bələdiyyənin vergi xidmətinin səyi ilə büdcə gəlirlərində cari ildə 31.5 fazilik artım əldə olunub.

Belə ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 151.291  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 221.000 manata bərabər olub.

Binəqədi qəsəbə bələdiyyəsinin vergi potensialı böyükdür. Bələdiyyənin vergi- uçot sistemi tam şəkildə qurulduqdan sonra hədəfimiz ilin sonunadək  400 min manatı əldə etməkdir.

İnanırıq kollektivin birgə səyi ilə bu uğura da imza atacağıq.

Hazırda büdcə gəlirlərində 31.5 faizlik artımın əldə olunmasını artıq bu uğurun başlanğıcı hesab etmək olar.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər