Təmraz Tağıyev: “Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə bundan sonra da əzəmətlə dalğalanacaqdır.”
“Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ olan 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri, xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə, yalnız bu günün deyil, gələcək nəsillərin də şərəf duyacağı şanlı tariximizin bir parçasıdır”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə
görə, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan
silahlı birləşmələrinin tör töküntüləri tərəfindən törədilmiş genişmiqyaslı təxribatların
qarşısını almaq, həmin qanunsuz silahlı dəstələri tərksilah etmək və Azərbaycan
Respublikasının Konstitusiya quruluşunu tam bərpa etmək məqsədilə lokal
xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən bu yüksək
peşəkarlıqla icra olunan əməliyyat nəticəsində Ordumuzun qarşısına qoyulan
bütün tapşırıqlar uğurla yerinə yetirdi.
Bəli, bu əməliyyatın
nəticəsi olaraq, Azərbaycannın suverenliyi tam şəkildə bərpa olundu və ölkəmizin
bayrağı Qarabağın hər bir guşəsində əzəmətlə dalğalanmağa başladı. Bu tarixi Qələbənin
əlaməti olaraq Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla
20 Sentyabr – Dövlət Suverenliyi Günü elan edildi.
Antiterror əməliyyatı
siyasi və milli əhəmiyyət daşıyan tarixi bir dönüş nöqtəsi oldu. Azərbaycan,
hüquqi və beynəlxalq norma çərçivəsində öz torpaqlarında suverenliyini bərpa
etdi, ölkəmizdə separatçılığa son qoymuş
oldu.
Sədr qeyd edib ki, Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə bundan sonra da əzəmətlə dalğalanacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy