Rizvan Rəhimov: “Vergi xidmətinin əməkdaşları vətəndaş məmnunluğunu təmin etmək üçün var gücləri ilə çalışmalıdır”
“Şüvəlan bələdiyyəsinin vergi xidməti əməkdaşlarının əsas fəaliyyəti hazırda vergi ödəyiciləri ilə mütəmadi olaraq görüşlərin təşkil etməklə büdcə gəlirlərini artırmağa çalışmaq olmalıdır” – bu fikirləri Xəzər rayonu, Şüvəlan bələdiyyəsi vergi xidmətinin rəhbəri Rizvan Rəhimovun xidmətin əməkdaşları ilə keçirdyi növbəti görüşdə deyib.
Vergi xidmətinin rəhbəri daha sonra qeyd edib ki, bütün vergi xidmətinin əməkdaşları vətəndaş məmnunluğunu təmin etmək üçün var gücləri ilə çalışmalıdır.
Bəzən bələdiyyəyə
müraciət edənlər verginin hesablanmasında yalnışlığa yol vermələri təəssüf
doğurur. Odur ki, bildirişləri təqdim etməmiş aparılan hesablamalara diqqəti
yetirməyi unutmamamlıdıırlar.
Rizvan
Rəhimov həmçinin görüşdə BAMS-da tətbiq edilən yeniliklərdən, SMS xidmətinin
istifadəyə verilməsindən, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsindən
və digər tətbiq edilən yeniliklərdən lazimi səviyyədə yararlanmağının nəticəsidir
ki, cari ilin doqquz ayı ərzində 25 faizlik artıma nail olunub.
Bu gün Şüvəlan bələdiyyəsinin əsas hədəfi
cari ildə 220
min manatı əldə etməkdir. Odur ki, bütün kollektiv əvvəlki illərdə formalaşmış ənənəyə
sadiq qalaraq bütün potensialını səfərbər edərək hədəfə çatmaq üçün çalışır.
“Şüvəlan
bələdiyyəsinin vergi xidmətinin əsas vəzifəsi bu gün borclu vətəndaşlarla
görüşlər keçirərək gündəlik olaraq maarifləndirmə işini aparmaqdan ibarətdir. Bələdiyyə
tərəfindən atılan hər bir addım vətəndaşı bələdiyyədən narazı salmamalıdır”- bu
fikirləri də adıçəkilən bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov
bildirib.
Belediyye.info
Rəylər
0 Rəy