Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-10-2025 , 19:37

1196

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rizvan Rəhimov: “Vergi xidmətinin əməkdaşları vətəndaş məmnunluğunu təmin etmək üçün var gücləri ilə çalışmalıdır”

“Şüvəlan bələdiyyəsinin vergi xidməti əməkdaşlarının əsas fəaliyyəti  hazırda vergi ödəyiciləri ilə mütəmadi olaraq görüşlərin təşkil etməklə büdcə gəlirlərini artırmağa çalışmaq olmalıdır” – bu fikirləri Xəzər rayonu, Şüvəlan bələdiyyəsi vergi xidmətinin rəhbəri Rizvan Rəhimovun xidmətin əməkdaşları ilə keçirdyi növbəti görüşdə deyib.

Vergi xidmətinin rəhbəri daha sonra qeyd edib ki, bütün vergi xidmətinin əməkdaşları vətəndaş məmnunluğunu təmin etmək üçün var gücləri ilə çalışmalıdır.

Bəzən bələdiyyəyə müraciət edənlər verginin hesablanmasında yalnışlığa yol vermələri təəssüf doğurur. Odur ki, bildirişləri təqdim etməmiş aparılan hesablamalara diqqəti yetirməyi unutmamamlıdıırlar.

Rizvan Rəhimov həmçinin  görüşdə  BAMS-da tətbiq edilən yeniliklərdən, SMS xidmətinin istifadəyə verilməsindən, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsindən və digər tətbiq edilən yeniliklərdən lazimi səviyyədə yararlanmağının nəticəsidir ki, cari ilin doqquz ayı ərzində 25 faizlik artıma nail olunub.

Bu gün Şüvəlan bələdiyyəsinin əsas  hədəfi  cari ildə 220 min manatı əldə etməkdir. Odur ki, bütün kollektiv əvvəlki illərdə formalaşmış ənənəyə sadiq qalaraq bütün potensialını səfərbər edərək hədəfə çatmaq üçün çalışır.

Şüvəlan bələdiyyəsinin vergi xidmətinin əsas vəzifəsi bu gün borclu vətəndaşlarla görüşlər keçirərək gündəlik olaraq maarifləndirmə işini aparmaqdan ibarətdir. Bələdiyyə tərəfindən atılan hər bir addım vətəndaşı bələdiyyədən narazı salmamalıdır”- bu fikirləri də adıçəkilən bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov bildirib.

Belediyye.info

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər