Əziz Zeynalov: “Vergi ödəyicilərimizə tövsiyə edirik ki,...”
“Bu gün əldə etdiyimiz büdcə gəlirlərinin yetmiş faizindən çoxu əmlak vergisinin üzərinə düşür”-bu fikriləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Bələdiyyə tərəfindən atılan addımlar sayəsində əmlak
vergisinin həcmini 2019-cu illə müqayisədə dəfələrlə artımağa nail olmuşuq.
Sədr bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə
qoşulması, habelə SMS xidmətinin tətbiq edilməsi nəticə etibarı ilə bələdiyyənin
əmlak vergisinin həcminə əsaslı şəkildə təsir edib.
Bələdiyyənin vergi xidməti ilin sonunadək ötən illə müqayisədə 22 faizədək artımın
olacağını nəzərdə tutur.
Ümumi büdcə gəlirlərinin səviyyəsini artırmağımız rayon ərazisində həyata keçirilən layihələrin həcminə də öz müsbət təsirini göstərib.
Sonda sədr vergi ödəyicilərinə müraciət etməyi
də unutmayıb.
Sədr qeyd edib ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə
görə əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən
yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin
hər kvadratmetrinə görə Vergi Məcəlləsində göstərilən əmlak vergisi dərəcələri
ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi
isə Vergi Məcəlləsində göstərilən torpaq vergisi dərəcələri ilə illik
hesablanır.
Bələdiyyə olaraq hesablanmış əmlak və torpaq vergiləri barədə
tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək
fiziki şəxslərə çatdırılır. Ancaq qanunvericiliyə edilmiş dəyişikliyə görə,
2027-ci ildən tədiyə bildirişləri onlayn
şəkildə təqdim ediləcək. İndidən bələdiyyənin vergi xidməti bu prosesin
icrasına start verib.
Sədr onu da əlavə edib ki, fiziki şəxslər hesablanmış əmlak
və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın
15-dək onlara təqdim edilmiş YVÖK-la
banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud onlayn ödəmə
vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəməlidirlər.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən
edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün
üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz
tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə,
ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Vergi ödəyicilərimizə tövsiyə edirik ki, təqdim edilən tədiyə
bildirişləri üzrə vergilərini vaxtında ödəsinlər ki, onlara əlavə faiz
hesablanmasın. Əldə edilən vəsait sonda yenə də vergi ödəyicilərinin problemlərinin həlliniə yönəldilir.
.Belediyye.info
Rəylər
0 Rəy