Bəylər Həsənov: “Büdcə gəlirlərində artım kifayət qədər olsa da, hələ ki fikirləşdiyimiz həddə çata bilməmişik”
“Bələdiyyənin uğur qazanması onun kollektivinin birgə fəaliyyətindən, vergi-uçot sisteminin düzgün qurulmasından çox asılıdır”- bu fikirləri Belediyye.infoya Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirilməsi, o cümlədən
vaxt ilə tələm-tələsik uçota alınmış vergi ödəyicilərinin siyahısının dəqiqləşdirilməsi
səbəbindən bələdiyyənin büdcə gəlirində kifayət qədər artım olub.
Sədr
qeyd edib ki, artım daha çox ola bilərdi, ancaq vergi-uçot sistemində düzəlişlərin
edilməsi vaxt apardığından hələ ki, artım kifayət qədər olsa da hələ ki fikirləşdiyimiz
həddə çata bilməmişik.
Bələdiyyənin
əvvəlki illərdə yaradılmış borcların bağlanılması
səbəbindən 2026-ci ili bələdiyyə üçün
daha uğurlu il olacağına inanırıq.
Vergi
ödəyiciləri ilə maarifləndirici söhbətlərin intensiv şəkildə aparılması, o cümlədən BAMS-ın verdiyi
imkandan lazımı şəkildə yararlanmaq istəyimiz bizə qarşımıza qoyduğumuz məqsədə
çatacağımıza ümidi artırır.
Belediyye.info
Rəylər
0 Rəy