Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-08-2025 , 09:27

1821

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Bələdiyyələrə əlavə səlahiyyətin verilməsi sual altında ola bilər


Sabiq millət vəkili Vahid Əhmədov bu günlərdə mediaya açıqlamasında deyib ki, RİH-lərin ləğv edilməsi üçün “birincisi, Konstitusiyada dəyişiklik olunmalıdır. 

İkincisi, Azərbaycanda olan 14 iqtisadi rayonun hər biri üzrə xüsusi nümayəndə təyin olunmalıdır. Bununla yanaşı, bələdiyyələrin statusu məsələsinə baxmaq lazımdır. Bu qurumlara kifayət qədər geniş səlahiyyətlər vermək lazımdır ki, onların imkanları artsın və Türkiyə modelinə yaxınlaşsın. Yəni elə şərait yaradılmalıdır ki, bələdiyyələr söz sahibi olsun, bütün sosial məsələlərə baxsın və onları həll etsin. Çünki bələdiyyə çox əhəmiyyətli bir orqandır. Baxmayaraq ki, 1999-cu ildə yaranıb, kifayət qədər müddət keçməsinə baxmayaraq, hələ də bu institut tam formalaşmayıb”.

Beləliklə, bizim də əvvəllər dəfələrlə söylədiyimiz fikirlərin sabiq millət vəkili Vahid Əhmədov tərəfindən  bu gün yenidən dilə gətirməsi, fikrimcə, heç də təsadüfü deyil.

Xatırladım ki, RİH-lərin ləğvi ilə bağlı ilk addım Gəncə şəhərində təsis edilmiş iki rayonun ləğvi ilə başlasa da davamı gəlmədi.

Deməliyəm ki, RİH-lərin ləğv edilməsi ölkəmizdə nümayəndəlik institutunun yaradılması ilə daha da aktuallaşdı. Ancaq nümayəndəlik sisteminin tətbiqinədək RİH-lərə aid edilən səlahiyyətlərin xeyli bir hissəsi artıq onlardan alınmışdı.  Bu gün bu tipli açıqlamaların media üzərindən  yayılması “nümayəndəlik sisteminin ölkə üzrə tətbiqinə başlamaq olar” anlamına gəlir.

Ancaq bu günlərdə bu versiya ilə yanaşı, nümayəndəlik sisteminə keçid olsa da, RİH-lərin  memarlıq şöbələrinin və “RJU” ların  birləşdirilərək Şəhərsalma və Arxitektura Kömitəsinə birləşdirilməsi də məsələsi də gündəmə gəlib. Məsələnin bu şəkildə həllinin real görünməsi isə o deməkdir ki, hələ ki bələdiyyələrə bizim fikrimizdə tutduğumuz səlahiyyətlərin verilməsi gündəmdə olmaya bilər.

Əlavə edim ki, bütün mərkəzi icra orqanları bu günədək  özlərinə münasib şəkildə regional idarələr yaradıblar. Təəsüfedici fakt odur ki, təsis edilən regional idarələr pərakəndə şəkildə yaradılıb. Bəzi  qurumların iki və üç istiqamətdə regional idarələrinin yaradılması məsələsinə izah tapmaq mümkün deyil. 

Hər halda idarəetmədə struktur dəyişikliyinin edilməsi ölkəmizdə bu gün  zəruriətə çevrilib. Demək olar ki, səlahiyyəti belə qalmayan RİH başçılarının  fəaliyyəti  cəmiyyətdə birmənalı olaraq qəbul edilmir. Heç bir səlahiyyəti olmayan başçıların bu və digər hallarda bələdiyyələrin fəaliyyətinə birbaşa və dolayısi ilə müdaxiləsi isə belə məqamda başa düşüləndir.

Hər halda cəmiyyət RİH-lərin ləğvini səbrsizliklə gözləyir. Ya bu qurumlara səlahiyyət verilməli, ya da ləğv edilməlidir. Fikrimcə, bu qurumların ləğv edilərək  regional idarəetməyə keçid etməklə, yerli əhəmiyyətli səlahiyyətlərin bələdiyyələrə verilməsi daha məqsədəuyğun ola bilərdi.

Sonda  onu da deməliyəm ki, RİH-lərin ləğvi və regional idarəetmə strukturunda pərakəndəliyin aradan qaldırılması, həm də  kifayət qədər büdcə vəsaitlərinin qənaətinə imkan verəcəkdir.

Nə isə. Gözləyək.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
731

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
708

Regional məsələlər komitəsinin iclası keçirilib

Gündəlik Xəbərlər
16-09-2025
619