Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-09-2025 , 17:58

877

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Bəzi hallarda qanunlarda tətbiq edilən məhdudiyyətlər bələdiyyə sədrlərinin fəaliyyətinə ciddi təsir göstərir”

“Qanunvericilikdə vaxtaşarı edilən düzəliş və dəyişikliklər nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və büdcə gəlirlərinin artımına səbəb olub” -bu fikirləri Milli Məclisin Regional  məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib. 

Sədr çıxışında qeyd edib ki, bəzi hallarda qanunlarda tətbiq edilən məhdudiyyətlər bələdiyyə sədrlərinin fəaliyyətinə ciddi təsir göstərir, ən əsası sakini bələdiyyədən narazı salır. Ciddi şəkildə maddi dəstəyə ehtiyacı olan vətəndaşa məhz bu məqamda operativ şəkildə bələdiyyə tərəfindən dəstək göstərməsi mümkün olmur.  Odur ki,  bu gün bu məsələdə  mövcud normativ hüquqi sənədlərə düzəliş edilməsi zəruriəti yaranıb. 

Bələdiyyənin büdcə gəlirlərinin artması istiqamətində Adminstrasiyanın müavfiq sektorunun dəstəyi ilə BAMS proqramı təkmilləşdirilıb. Bu gün BAMS proqramında tətbiq edilən yeniliklər sayəsində büdcə gəlirlərində 25 fazilik artım olub. 

Bununla yanaşı yaşayış və qeyri-yaşayış sahələrinə   tətbiq edilən əmsalların 10 il ərzində dəyişdirilməməsi, bir çox hallarda eyni tutulması bələdiyyənin büdcə gəlirlərinə də ciddi şəkildə öz təsiri göstərməkdədir. Odur ki, qaldırılan məsələlərin gündəmdə saxlanılması və məqamı gəldikcə dəyişdirilməsinə ehtiyac vardır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
729

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
706

Regional məsələlər komitəsinin iclası keçirilib

Gündəlik Xəbərlər
16-09-2025
615