Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-06-2023 , 09:53

6324

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Abbasqulu Ağa Bakıxanovun ad günü doğma kəndində qeyd  edilib 

Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi faliyyət göstərən  və Amsar kəndində yerləşən A.A.Bakixanovun Ev-Muzeyində dahi şəxsiyyətin anadan olmasının 229-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu barədə məlumatı adıçəkilən muzeyin əməkdaşları paylaşıb
Tədbirdə muzeyin əməkdaşları, Amsar kənd mədəniyyət evinin işçiləri, Amsar kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru M.Hacıyeva A.A.Bakixanovun abidəsi önünə gül dəstələri qoyaraq, tədbiri giriş sözü ilə açıq elan edib.  A.A.Bakixanovun Ev-Muzeyinin əməkdaşı Rəhimə Məmmədova A.A.Bakixanovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Amsar kənd tam orta məktəbinin şagirdləri A.A.Bakixanovun şeirlərindən nümunələr səsləndirdilər.
Sonda tədbir iştirakçıları A.A.Bakıxanovun Ev-Muzeyini ziyarət ediblər.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
439