Günel Ağayeva: “Məqsədimiz vətəndaşlara xidmət səviyyəsini artırmaqdır”
“Nohurqışlaq bələdiyyəsi bu gün hər bir vətəndaşa xidmət göstərməklə onların etimadını doğrultmağa çalışır”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonunun adıçəkilən bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədrin
sözlərinə görə, bələdiyyə iclasında məhz hər daim vətəndaşalrın müraciətləri
müzakirə edilərək bələdiyyədən asılı olan məsələlərin həllinə geniş yer verilir.
Bu
günlərdə məhz sakinlərin müraciətinə əsasən
ərazidəki qəbirstanlıqda təmizlik işləri həyata keçirilmişdir. Bələdiyyənin təşkilatçılığı
ilə keçirilən təmizlik aksiyasında qəbirstanlıq alaq otlarından və zibil
tullantılarından təmizlənmiş, ağac və gül kollarında aqrotexnki qulluq göstərilmişdir.
Sədri
bildirib ki, bələdiyyənin təşkilatçılığı ilə bu tipli aksiyalar kəndin digər ərazilərindədə
keçiriləcəkdir. Hazırda əsas məqsədimiz vətəndaşlara xidmət səviyyəsini artırmağa
çalışırıq.