Ceyhun Ələsgərov: “İlin sonunadək büdcə gəlirlərindəki artım səviyyəsini 80 faizədək artırmaq niyyətindəyik”
“Bu gün Abşeron rayonu Məmmədli bələdiyyəsinin başlıca fəaliyyəti sakinlərə xidmətdən keçir. Məqsədimiz vətəndaşların qaldırdığı məsələlərin bələdiyyədən asılı olanlarının sürətli həllinə çalışmaqdır. Hazırda bələdiyyənin vergi xidməti BAMS-da tətbiq edilən yeniliklərdən səmərəli şəkildə istifadə etməyə çalışır. Yeniliklərdən lazımi şəkildə istifadə etməyin nəticəsidir ki, cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 63.7 faiz artım müşahidə olunub. Etiraf edək ki, Məmmədli bələdiyyəsinin indiyədək belə yüksək nəticəyə nail olmamışdır.”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Ələsgərov deyib.
Sədr
bildirib ki, bələdiyyənin vergi xidmətində çalışanların birgə səyi ilə
ilin sonunadək artım səviyyəsinin 80
faizədək artırmaq niyyətindəyik.
Əlavə
edək ki, 2024- cü ilin səkkiz ayı ərzində bələdiyyə büdcəsinə yerli vergilərdən
28.575 manat daxil olmuşdursa, cari ildə bu rəqəm 78.636 manata bərabər olub.
Sədr
onu da əlavə edib ki, cari ilin sonunadək büdcə gəlirlərində artım səviyyəsini
bir qədərdə artırmaq niyyətindəyik. Bələdiyyənin buna potensilaı var. Əldə
etdiyimiz vəsait hesabına həyata keçirdiyimiz bir sıra layihələr Abşeron RİH-in
həyata keçirdyi layihələrə dəstək olaraq
həyata keçirilir.
Hesab
edirik ki, əldə olunan bu nəticələr bələdiyyə kollektivinin uğuru kimi də qəbuil
edilə bilər.
Belediyye.info
Rəylər
2 Rəy
Fatimə Məmmədova
07-09-2025, 2 ay əvvəl
Xeyrli uğurlu olsun.
CavablaAyxan
07-09-2025, 2 ay əvvəl
Məmmədli kəndi çox abadlaşıb👍🏻 Halaldı
Cavabla