Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2025 , 19:24

641

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran Bələdiyyəsi şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil edib

8 Noyabr – Zəfər Günü ərəfəsində Şabran Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Tədbirdə şəhid ailələri, bələdiyyə nümayəndələri, ictimaiyyət üzvləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Qurani-Kərim tilavəti oxunaraq dualar edilib. Ehsan süfrəsində şəhidlərin ruhuna dualar səsləndirilib, onların keçdiyi şərəfli döyüş yolu, qəhrəmanlığı və xalqımızın böyük Zəfərinə verdikləri töhfələr hörmət və minnətdarlıqla xatırlanıb.

Çıxış edənlər 8 Noyabr Zəfər Gününün xalqımızın milli iftixar və qürur mənbəyi olduğunu, bu tarixi Qələbənin Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edildiyini vurğulayıblar.

Tədbir zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Şabran Bələdiyyəsinə və onun sədrinə Fidan Fərzəliyevaya təşəkkürlərini bildiriblər.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb, vətənpərvərlik ruhunda söhbətlər aparılıb və birlik, həmrəylik, vəfa kimi dəyərlərin daim qorunmasının vacibliyi qeyd olunub..

Şabran bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər