Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2025 , 17:10

181

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Siyəzən bələdiyyəsində ictimai görüş keçirilib

Siyəzən bələdiyyəsində “Biləcəri–Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnallaşdırılması və telekommunikasiya” layihəsi çərçivəsində tikinti işlərinin ətraf mühitə və sosial mühitə təsirləri ilə bağlı ictimai görüş keçirilib.

Görüşdə bələdiyyə sədri Nicat Səmədzadə, bələdiyyə əməkdaşları, yerli sakinlər və layihə üzrə məsul şəxslər iştirak ediblər. İlk çıxış bələdiyyə sədri tərəfindən edilib.

Daha sonra Azərbaycan Dəmir Yolları QSC-nin ətraf mühit və sosial məsələlər üzrə mütəxəssisi Rauf Hümbətzadə layihə barədə məlumat verib, tikinti prosesinin gedişi və gözlənilən sosial-ətraf mühit təsirləri barədə təqdimat edib.

Tədbir ümumi müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Siyəzən bələdiyyəsi








Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər