Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-01-2026 , 00:38

839

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Bələdiyyələrin fəaliyyətində şəffaflıq, hesabatlılıq və vətəndaş maraqlarının qorunması əsas prinsiplərdən biridir

 Saatlı bələdiyyəsində  ötən 2025-ci ildəki fəaliyyətə həsr olunan  hesabat iclası keçirilib. İclasda Saatlı bələdiyyəsinin sədri, müavinlər, bələdiyyə üzvləri  iştirak ediblər. İclas zamanı  2025-ci il üzrə maliyyə fəaliyyəti, görülmüş işlər, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətlərinin istifadəsi barədə mövzular müzakirə edilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Toplantıda sədr Aqil Heydərov çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətində şəffaflıq, hesabatlılıq və vətəndaş maraqlarının qorunması əsas prinsiplərdən biridir. Bu baxımdan 2025-ci il ərzində həyata keçirilən bütün maliyyə əməliyyatları mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilmişdir.

Hesabat dövründə bələdiyyənin əsas gəlir mənbələrini yerli vergilər və rüsumlar və digər qanuni gəlirlər təşkil etmişdir. Toplanmış maliyyə vəsaitləri isə ilk növbədə əhalinin rifahına xidmət edən istiqamətlərə yönəldilmişdir.

2025-ci il ərzində bələdiyyə tərəfindən:

yaşayış məhəllələrində abadlıq və təmizlik işləri aparılmış,

küçə və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş,

şəhid ailələrinə, müharibə iştirakçılarına və sosial həssas ailələrə maddi və mənəvi dəstək göstərilmişdir.

Maliyyə vəsaitlərinin istifadəsi zamanı təyinat üzrə xərclənmə, səmərəlilik və qənaət prinsipləri daim əsas götürülmüşdür. Bütün xərclər bələdiyyə qərarları və təsdiq olunmuş smetalar əsasında icra edilmişdir.

Eyni zamanda, bələdiyyəyə məxsus mülkiyyətlərin idarə olunması məsələsinə xüsusi diqqət yetirilmiş, mövcud mülkiyyətlərdən qanunauyğun və məqsədyönlü istifadə təmin edilmişdir. İcarəyə verilmiş obyektlər üzərində nəzarət gücləndirilmiş, bələdiyyə büdcəsinə daxilolmaların artırılması istiqamətində tədbirlər görülmüşdür.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz