Cari ildə nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyik
Siyəzən bələdiyyəsi öz fəaliyyətini "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və təsdiq edilmiş normativ-hüquqi aktlara əsasən qurmuşdur.
Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən Şəhər
İcra nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri
yüksək səviyyədə qurulmuşdur. Bələdiyyə olaraq şəhər ərazisində həyata keçirilən
abadlıq işlərində yaxından iştirak etməyə çalışırıq.
Siyəzən bələdiyyəsi şəhərin təmizliyinin həyata
keçirilməsinə öz töhfəsini verib. Belə ki, bələdiyyə tərəfindən zibil
konteynerləri və bir ədəd yük maşını alınaraq Kommunal Müəssisələr Kombinatına
zibil daşınması üçün təqdim edilmişdir. Habelə şəhərin müxtəlif küçələrinə
ümumilikdə 3.800 metr çınqıl örtüyü verilmişdir.
Ümumilikdə isə kommunal təsərrüfat və abadlıq işlərinə ötən il 11.086 manat vəsait xərclənmişdir.
Siyəzən bələdiyyəsi sosial sahəni də həmişə
diqqət mərkəzində saxlayır. Şəhid ailələrinə, qazilərə, aztəminatlı, tənha,
ehtiyacı olan insanlara çalışırıq ki,imkan daxilində köməklik göstərək. 2025-ci
ildə 26 nəfər maddi yardımla bağlı müraciət etmişdir.Bu sahəyə 3501 manat vəsait
xərclənmişdir.
Bildiyiniz kimi, ötən ilin aprel ayında
yağan leysan yağışları nəticəsində rayon ərazisində bir neçə mənzili su
basmışdır. Bələdiyyəmiz tərəfindən bir neçə ailə mənzilləri təmir olunana kimi
kirayə mənzillərə yerləşdirilmişdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən
bələdiyyəsinin 2025-ci ildə gəlirləri 122.722manat, xərcləri isə 136.154 manat
olmuşdur.
Gəlirlər:-torpaq vergisi 6.155 manat, əmlak
vergisi 13.692 manat, icarə haqqı 33.882 manat, torpağın dəyəri 48.993 manat,
dövlət tərəfindən ayrılan dotasiya 20.000 manat olmuşdur.
2026-cı il üçün layihə-smeta sənədləri
hazırlanarkən Yerli büdcə məsələləri daimi komissiyasının hazırladığı layihə
müzakirə olunmuşdur. Cari ildə əsasən büdcədə abadlıq-tikinti və sosial sahələrə
vəsaitin çox ayrılması nəzərdə tutulmuşdur. Əhalini narahat edən məsələlər nəzərə
alınmışdır. 2026-cı ildə bütün bunlarla yanaşı Bələdiyyə dayanıqlı maliyyə mənbəyi
yaratmağı da düşünür.
Siyəzən bələdiyyəsinin 2025-ci ildə 14
iclası keçirilmişdir. Müvafiq olaraq qərarlar qəbul edilmişdir. Qəbul olunmuş qərarlar
"İnzibati nəzarət qaydaları" haqqında qanuna müvafiq olaraq Azərbaycan
Respublikası Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir.
Siyəzən bələdiyyəsi öz işini günün tələbləri
səviyyəsində quraraq, əhalinin rəy və təkliflərinə bundan sonra da diqqətlə yanaşacaq. 2026-cı ildə nəzərdə
tutulan vəzifələri yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəkdir.
Öz işimizlə seçicilərin etimadını doğruldacağıq.
Nicat Səmədzadə
Siyəzən bələdiyyəsinin sədri
Rəylər
0 Rəy