Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-12-2025 , 20:47

936

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ABMA-da tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq onun ölkəyə əvəzsiz xidmətlərindən, fəaliyyəti dövründə Azərbaycanı mövcud təhlükələrdən xilas edərək irəli aparmağından, işlədiyi dövrdə insanlarla münasibətindən və Yeni Azərbaycan Partiyasının tədbirlərində iştirakçısı olduğu xatirələrdən bəhs edib. Heydər Əliyev siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin dərin zəkaya, fenomenal yaddaşa, dönməz cəsarətə malik xüsusiyyətlərinin gənc nəsillərə örnək olduğunu, onun xidmətləri nəticəsində ölkənin sürətli inkişafını və respublikada bu siyasətin uğurla davam etdirilməsini, o cümlədən yerli özünüidarəetmə sahəsində də irəliləyişlərin olduğunu vurğulayıb.

Sonda ABMA-nın inzibati binasının foyesində  Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzülüb.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər