Əhmədli bələdiyyəsində gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
Xətai rayonunda rayon İcra Hakimiyyətinin təşəbbüsü və Əhmədli bələdiyyəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində Əhmədli bələdiyyəsində tədbir keçirilib. Tədbir "Konstitusiya və suverenlik ili" çərçivəsində baş tutub.
Tədir
məişət zorakılığının qarşısının alınması və bu sahədə maarifləndirmə işinin
gücləndirilməsi məqsədi ilə təşkil olunub. Görüşdə məişət zorakılığı halları ilə
bağlı mövcud qanunvericilik, zorakılıq qurbanlarının tibbi və psixoloji yardıma
yönləndirilməsi mexanizmləri, bu istiqamətdə yerliözünüidarəetmə orqanının rolu,
həmçinin qadınlara və gənclərə hüquqlarını tanımaq, zorakılıq halları ilə
rastlaşdıqda müvafiq dövlətvə bələdiyyə orqanlarına müraciət qaydaları haqqında ətraflı
məlumat verilib.
Tədbirin yekununda iştirakçılara maarifləndirici bukletlər paylanıb, həmçinin məişət zorakılığına qarşı ictimai həmrəyliyin vacibliyi vurğulanıb.
Xətai rayonu, Əhmədli bələdiyyəsi
Rəylər
0 Rəy