Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-12-2025 , 17:23

1528

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Büdcə gəlirlərində artım kifayət qədər olsa da, hələ ki fikirləşdiyimiz həddə çata bilməmişik”

“Bələdiyyənin uğur qazanması onun kollektivinin birgə fəaliyyətindən, vergi-uçot sisteminin düzgün qurulmasından çox asılıdır”- bu fikirləri Belediyye.infoya Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov  deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirilməsi, o cümlədən  vaxt ilə tələm-tələsik uçota alınmış  vergi ödəyicilərinin siyahısının dəqiqləşdirilməsi səbəbindən bələdiyyənin büdcə gəlirində kifayət qədər artım olub.

Sədr qeyd edib ki, artım daha çox ola bilərdi, ancaq vergi-uçot sistemində düzəlişlərin edilməsi vaxt apardığından hələ ki, artım kifayət qədər olsa da hələ ki fikirləşdiyimiz həddə çata bilməmişik.

Bələdiyyənin  əvvəlki illərdə yaradılmış borcların bağlanılması səbəbindən 2026-ci ili  bələdiyyə üçün daha uğurlu il olacağına inanırıq.

Vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərin intensiv şəkildə  aparılması, o cümlədən BAMS-ın verdiyi imkandan lazımı şəkildə yararlanmaq istəyimiz bizə qarşımıza qoyduğumuz məqsədə çatacağımıza ümidi artırır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər