Sabunçu qəsəbəsində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, habelə Sabunçu bələdiyyəsinin iştirakı ilə Sabunçu qəsəbəsi 170 nömrəli tam orta məktəbdə və 67 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabunçu RİH-in, Sabunçu Rayon Polis İdarəsinin və
Sabunçu bələdiyyəsinin rəsmiləri, habelə həkim-narkoloq, həkim-psixoloq, o cümlədən məktəbin şagird və müəllim kollektivi, eləcə
də valideynlər iştirak edbilər.
Görüşdə tədbirin məqsəd və əhəmiyyətindən danışılıb,
iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs
edən videoçarxı izləyiblər.
Tədbirdə narkotik vasitələrin zərərləri, onların yaratdığı
ağır nəticələr, həmçinin hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin
yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə ətraflı
məlumat verilib. Qeyd edilib ki, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli
vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və
sağlam inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlardan, eləcə də
narkotiklə bağlı qəbul olunmuş 2025–2030-cu illəri əhatə edən yeni Dövlət
Proqramında öz əksini tapıb.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran
sualları cavablandırılıb.
Belediyye.info
Rəylər
0 Rəy