Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-12-2025 , 19:00

993

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sabunçu qəsəbəsində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib


Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, habelə Sabunçu bələdiyyəsinin iştirakı ilə Sabunçu qəsəbəsi 170 nömrəli tam orta məktəbdə və 67 saylı tam orta məktəbdə  “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sabunçu RİH-in, Sabunçu Rayon Polis İdarəsinin və Sabunçu bələdiyyəsinin  rəsmiləri, habelə  həkim-narkoloq, həkim-psixoloq, o cümlədən  məktəbin şagird və müəllim kollektivi, eləcə də valideynlər iştirak edbilər.

Görüşdə tədbirin məqsəd və əhəmiyyətindən danışılıb, iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarxı izləyiblər.

Tədbirdə narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır nəticələr, həmçinin hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlardan, eləcə də narkotiklə bağlı qəbul olunmuş 2025–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramında öz əksini tapıb.

Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırılıb.

Belediyye.info







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər