Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-12-2025 , 22:11

231

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə növbəti  seminar-müşavirə keçirilib

Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Mingəçevir bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.

Seminarda “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq”, “Yerli büdcənin formalaşdırılması”, “Problemlər və onların aradan qaldırılması sahəsində bələdiyyənin üzərinə düşən vəzifələr”, “Bələdiyyə üzvlərinin statusu, vətəndaşların yerli özünüidarəetmə orqanlarına olan etimadının yüksəldilməsində bələdiyyə üzvlərinin rolu”, “Bələdiyyə qulluğuna qəbul və icra aparatının formalaşdırılması qaydaları”, “Bələdiyyə qulluqçularının hüquq və vəzifələri, sosial təminatları” kimi mövzular müzakirə olunub.

Tədbir zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, çıxış və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər