Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2025 , 20:08

1014

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: Layihələrimiz  bələdiyyənin təsis etdiyi müəssisə tərəfindən icra olunur”

“Pirəbədil  bələdiyyəsinin ərazisi bu il keçirilən birləşdirmədən sonra 38 kəndi əhatə edir. Bu kəndlərdə əhali sayı az olsa da ərazi çox böyükdür. Bu ərzilərdə əhali ilə görüşlərin təşkili onların problemlərinin dinlənilməsi hədsiz dərəcədə vaxt itkisinə səbəb olur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib. Sədr daha sonra qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq bələdiyyə üzvləri mütəmadi olaraq və sistemli şəkildə seçicilərlə görüşərək onları narahat edən məsələləri öyrənir və bələdiyyə iclasında müzakirəyə çıxarırlar.

Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin böyük bir qismi məhz vətəndaşların müraciətləri əsasında həyata keçirilir. Bu günlərdə  Düz Bilici kəndinin kəndaxili yollarının daşlanması da bu qəbildən olan layihələrdəndir. Layihələrimiz  bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC tərəfindən icra olunur.

Sədr büdcə layihəsinin iclaslarda müzakirə edildiyini və  yaxın günlərdə təsdiq ediləcəyini qeyd etməyi unutmadı. Bu gün proqnozda nəzərdə tutulan büdcənin əldə olunması üçün bütün qüvvələri səfərbər etməyi düşünürük.

Qeyd edək ki, hazırda Pirəbədil  bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər