Tədbir Şabran bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
Şabran şəhər O. Bəşirov adına 2 nömrəli ümumtəhsil məktəbində Şabran Bələdiyyəsinin
təşkilatçılığı ilə “Narkomaniya – ağ ölümdür və ya Narkomaniyaya yox deyək!”
şüarı altında maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Şabran Bələdiyyəsinin Gənclərlə İş Komissiyasının
üzvləri tərəfindən həyata keçirilmiş və şagirdlər arasında narkomaniyanın fəsadları,
zərərli vərdişlərin təhlükələri, gəncləri hədəf alan risk amilləri barədə məlumatlandırma
aparılmışdır.
Görüş zamanı gənclərin sağlam həyat tərzi seçməsinin
vacibliyi xüsusi vurğulanmış, məktəblilərə real həyat nümunələri və profilaktik
maarifləndirici materiallar təqdim edilmişdir.
Şabran Bələdiyyəsi olaraq gənclərin sağlam gələcəyi, onların zərərli vərdişlərdən qorunması və maarifləndirilməsi istiqamətində bu kimi tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Şabran Bələdiyyəsi
Rəylər
0 Rəy