Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2025 , 16:06

1036

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran şəhərində şəhid anası ziyarət olunub


 Şabran rayonunun qəhrəman oğlu, şəhid  Seyfəddin Balağayevin əməliyyat keçirən anası Besxanım Balağayeva Şabran RİH başçısının müavini Natavan Mustafayeva və Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva tərəfindən ziyarət edilib.

Bu barədə məlumatı Şabran bələdiyyəsi paylaşıb.

Məlumat  da qeyd olunur ki, ziyarət zamanı şəhid anasının səhhəti ilə yaxından maraqlanılaraq ona ən xoş arzular və tezliklə sağalması üçün şəfa diləkləri çatdırılıb. Qeyd edilib  ki, şəhid ailələri daim dövlətimizin, yerli icra strukturlarının və bələdiyyənin  diqqət və qayğısı altındadır. Onların sosial-məişət problemlərinin həlli, sağlamlıq vəziyyətlərinin nəzarətdə  saxlanılması bu qurumların əsas prioritetlərindəndir.  

Görüşdə bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman hörmətlə anılır, ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər