Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-12-2025 , 20:41

850

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Peşəkar müəllim bələdiyyənin “Fəxri Fərman” ilə təltif olunub


 Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Əliyeva Tünzalə Ədhəm  qızının bu gün 65 yaşı tamam olur.

Bu əlamətdar tarix münasibətilə Şabran Bələdiyyəsi tərəfindən müəllimin çalışdığı təhsil müəssisəsində ziyarət həyata keçirilmişdir. Uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdiyi səmərəli pedaqoji fəaliyyətinə, təhsilin inkişafına verdiyi töhfələrə və peşəkar müəllim kimi qazandığı hörmətə görə Əliyeva Tünzalə Ədhəm  qızı Şabran Bələdiyyəsinin “Fəxri Fərman” ilə təltif olunmuşdur.

Görüş zamanı müəllimə gələcək fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulanmış, onun pedaqoji əməyinin cəmiyyət üçün əhəmiyyətli olduğu xüsusi vurğulanmışdır. Şabran Bələdiyyəsi tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.

Şabran bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər