Günel Ağayeva: “Sakinlərimizin sosial-məişət qayğıları ilə maraqlanmaq Nohurqışlaq bələdiyyəsinin əsas vəzifələrindəndir”
“Bələdiyyə olaraq çalışırıq ki, sakinlərin qadırdığı məsələləri diqqətdə saxlamaqla həllinə nail olaq” - bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədin sözlərinə
görə, vətəndaş müraciətlərinə uyğun olaraq
Nohurqışlaq kənd İmamlı məhəlləsindəki qəbirstanlıqda təmir-bərpa və abadlıq
işləri həyata keçirilib.
Bununla
yanaşı bələdiyyə olaraq şəhid, qazi və kənd sakinlərini də unutmur, onlarla
görüşlər keçirir, sosial-məişət qayğları ilə maraqlanır, problemlərinin həlinə
dəstək verir və həmçinin maddi dəstək göstərməyi unutmuruq.
Sədr
qeyd edib ki, Nohurqışlaq kənd sakini Rəvanə Əmiraslanovaya ailə başçısını
itirdiyinə görə 250 manat həcmində, mualicəyə ehtiyacı olan Ruslan Əsədova isə 200 manat həcmində maddi yardım göstərilib. Qazi
Bəhram Nuruyevə 150 manat, habelə aztəminatlı ailə olaraq Səadət Atayevaya və
Ziyəddin Bəşirova hər biri 100 manat
olamqla, Rəvan Əbdelkərimova isə 60 manat həcmində maddi yardım göstərilmişdir .
Sədr qeyd edib ki, Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Bu istiqamətdə Nohurqışlaq bələdiyyəsi öz töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy